Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.
Yekaterinburq şəhərində sovet dövründə Sverdlovsk adlanan şəhərdə manyak peyda olur.
Uzun müddət cinayətkarı tapa bilmirlər və şəhər əhalisi qorxu içində yaşayır.
Partiya mərkəzindən cinayətkarın ən qısa müddətdə tapılması üçün təzyiqlər artır.
Günahsız birini döyərək işləmədiyi cinayəti ona etiraf etdirirlər, operativ şəkildə məhkəməyə çıxarırlar, güllələnmə hökmü verilir və günahsız bir insan güllələnir.
Bundan sonra oxşar iki cinayət baş verir, iki nəfəri də döyüb cinayəti etiraf etdirirlər, ancaq ehtiyat edib güllələmirlər.
Cinayətlər yenə davam edir.
Cinayətkarın tapılmamasının səbəbi o imiş ki, sovet kriminalistikasında "SSRİ-də manyak ola bilməz" mifi reallıq kimi qəbul edilmişdi. Məcbur qalıb cinayət hadisələrini birləşdirirlər, ortaq cəhətlər, caninin dəsti-xətti bilinir və "Sverdlovsk manyakı" həbs olunur.
Rusiya və təsir dairəsində olmuş ölkələrdə belə miflər çoxdur və reallığı dəyərləndirməyə mane olur.
Bu miflərdən uzaqlaşmağa çalışan ölkələrə isə həmişə hər şəkildə müdaxilə etməyə, "Birlikdə geri qalaq" həmrəyliyini qorumağa çalışıb.
Hələ də inanırlar ki, "güc=həqiqət, ağıl, doğruluq".
Güclü olan müəyyən "həqiqətləri" zor və təbliğat gücünə qəbul etdirə bilər və əksinin iddia olunmasına hər vəchlə mane olar.
Ancaq "güclü olmaq" özü də artıq mifdirsə, biabırçı vəziyyət yaranır.
"Üç günə götürəcəkləri zəif Ukraynanın" müqaviməti nəticəsində biabır olan ölkə, dinc əhaliyə güc tətbiq edir, onları döyüb öldürməklə güc nümayiş etdirir. Kimə ? Dinc əhaliyə. Ukraynanı da dinc əhalini roket yağışına tutaraq təslim olmağa, kimin "güclü" olduğunu sübut etməyə çalışır.
Özləri haqqındakı miflərinin yanlış olduğunu, bu mifin hesabına hakimiyyətdə qalan şəxsin onları hansı vəziyyətə gətirdiyini analiz edə bilmədikcə, sivil ölkə olmaları mümkün deyil.
Məşhur aktyor vəfat etdi
Məşhur musiqiçi vəfat etdi
Bədii mətnin sirlərini açan mətnlər
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.