AZ

Azərbaycan səfiri Rusiya XİN-ə gəlib

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin binasına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda deyilir ki, diplomat jurnalistlərə şərh vermədən içəri keçib.

Xatırladaq ki, dünən Rusiya XİN Bakıda hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”ın redaksiyasında əməliyyat keçirdikdən sonra Azərbaycan səfirini çağırmışdı.

Nazirlik baş verənlərlə bağlı Azərbaycanın rəsmi nümayəndəsinə etirazını bildirmişdi.

İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Seçilən
18
30
sherg.az

10Mənbələr