İspaniyanın “Atletik” (Madrid) klubu daha iki futbolçusu – Aksel Vitsel və Reynildo Mandava ilə də yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Hər iki futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb. “Atletiko” onlarla yeni müqavilə bağlamağa ehtiyac duymayıb. Klub xidmətləri üçün futbolçulara təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Aksel Vitsel Lyej “Standard”ının yetirməsidir. Müdafiəçi karyerası ərzində “Benfika”, “Zenit” (Sankt-Peterburq), “Tyantszin Tyanhay” və “Borrussiya”da (Dortmund) da çıxış edib. “Atletiko” Vitseli 2022-ci ilin iyulunda “Borussiya”dan azad agent qismində heyətinə qatmışdı.
Vitsel “döşəkçilər”in heyətində bütün yarışlarda 116 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Aksel Vitsel 2008-ci ilin martında debüt etdiyi Belçika yığmasının heyətində 132 oyuna 12 qol, 8 məhsuldar ötürmə ilə fərlənib.
“Transfermarkt” internet-portalı 36 yaşlı belçikalı mərkəz müdafiəçisinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Reynildo Mandava isə 2022-ci ildən Madrid təmsilçisinin heyətində çıxış edirdi. Mozambikli müdafiəçi bu komandanın heyətində 103 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. O, daha öncə “Ferroviario”, “Lill”, “Kovilya”, “Fafe”, “Belenenseş” və “Benfika” (B) kimi komandalarda da forma geyinib.
31 yaşlı futbolçu 2014-cü ilin may ayında debüt etdiyi Mozambik yığmasında 40 oyuna 1 qol və 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı sol cinah müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.