Rusiyanın Ruptly media agentliyinin jurnalisti Bakıda saxlanılıb, bu barədə bazar ertəsi Rusiya dövlət mediası məlumat yayıb.
RIA Novosti saxlanılan şəxsin Azərbaycan və Rusiya vətəndaşlığı olan Aytəkin Hüseynova olduğunu bildirib. O, ölkəyə şəxsi səfərlə gəldiyi və daha əvvəl “Sputnik Azərbaycan” əməkdaşlarının saxlandığı ərazidə çəkiliş apardığı bildirilir.
Ruptly redaksiyasının məlumatına görə, Hüseynova çəkilişi redaksiya ilə razılaşdıraraq həyata keçirib. Rusiya mediası onun anasına istinadən, jurnalistin hazırda polis nəzarətində olduğunu yazır.
Daxili İşlər Nazirliyi verdiyimiz sorğuya dərhal cavab verməyib.
N.Təbrizli