AZ

“Qarabağ”dan transfer etdikləri hücumçu “Bavariya”nın qələbəsinə şahid oldu - VİDEO

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Mayami şəhərindəki "Hard Rok" stadionunda Almaniyanın "Bavariya" və Braziliyanın "Flamenqo" komandaları üz-üzə gəlib.

Görüş Münhen təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2. 6-cı dəqiqədə Rio-de-Janeyro komandasının futbolçusu Erik Pulqar topu öz qapısına göndərib.

10-cu və 73-cü dəqiqələrdə Harri Keyn dubl edib. "Bavariya"nın daha bir qolunu 41-ci dəqiqədə Leon Qoretska vurub.

"Flamenqo"dan isə Jerson 33-cü, Jorjinyo penaltidən 54-cü dəqiqədə fərqlənib. Braziliya klubunun qışda "Qarabağ"dan transfer etdiyi Olavio Juninyo sonadək ehtiyatda qalıb.

"Bavariya" 1/4 finalda Fransanın PSJ klubu ilə üz-üzə gələcək. PSJ 1/8 finalda ABŞ təmsilçisi "İnter Mayami"ni darmadağın edib - 4:0.

\Daha əvvəl növbəti mərhələdə Braziliyanın "Palmeyras" və "İngiltərənin "Çelsi" komandalarının da qarşılaşacaqları məlum olub.

Seçilən
30
39
sportinfo.az

10Mənbələr