İtaliyanın Kaorle şəhərində 20 yaşadək güləşçilər arasında Avropa çempionatına start verilib.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk yarış günündə 3 yunan-Roma güləşçimiz finala yüksəlib.

Belə ki, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) bütün rəqiblərinə qalib gələrək həlledici görüşdə iştirak hüququna yiyələniblər.

Xalça üzərinə çıxan daha iki təmsilçimiz isə əliboş qalıb. Orxan Hacıyev debütdə, Məzaim Mərdanov (130 kq) isə 1/4 finalda uduzub.

Finallar sabah keçiriləcək.