AZ

Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb

Bakı. Trend:

Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnikmənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanatyayıb.

Trend xəbər verirki, bəyanatda deyilir: “Biz - Azərbaycan vətəndaş cəmiyyətinin səsiolaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnikmənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemlixarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq.

2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılaraqarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlaretnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizmnümunəsidir.

Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki,azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanınən azı səssiz razılığı ilə sanksiyalaşdırılır.

Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq,dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bumövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrininmövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrininkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərininsərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusidiqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığıninkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilətəsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiyagüc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdiredirik.

Biz Azərbaycan dövlətini çağırırıq ki, Rusiya Federasiyasıtərəfindən azərbaycanlılara qarşı təhdid, hədə-qorxu və şantajsiyasətinin davam etdiyi indiki şəraitdə bu ölkə ilə bütünsahələrdə əməkdaşlıq və münasibətlər yenidən nəzərdən keçirilsin.Bu baxımdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiyailə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsinəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri,festivalları, tamaşaları, sərgiləri ləğv etməsini təqdiredirik.

Ötən ilin sonu Rusiya səmasında vurulmuş AZAL təyyarəsi iləəlaqədar bu günə qədər də günahkarların müəyyən edilərək mühakiməedilməməsi göstərir ki, Rusiya hakimiyyəti bu dəhşətli cinayətlərinaçılmasında maraqlı tərəf deyil. Biz şəffaflıq, ədalət, qarşılıqlıhörmət tələb edirik.

Yekaterinburq şəhərində baş vermiş sonuncu cinayət əməli dəyalnız Səfərovlar ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. Hərbirimiz özümüzü Səfərovlardan biri hesab edirik”.

Seçilən
10
27
az.trend.az

10Mənbələr