AZ

GƏRGİNLİK PİK HƏDDƏ! Səfirimiz Rusiya XİN-ə ÇAĞIRILDI, öldürülən soydaşlarımızın cənazəsi Bakıda!

Soydaşlarımızın cənazəsi Bakıda!

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə TASS məlumat yayıb.

Səfirin nazirliyə çağırılmasına səbəb kimi Rusiya jurnalistlərinin saxlanılması göstərilib.

Qeyd edək ki, “Sputnik Azərbaycan”ın ofisində keçirilən əməliyyat nəticəsində FTX-nin iki əməkdaşı saxlanılıb.

"Təkcə bir ailənin, bir el-obanın deyil, bütün Azərbaycanın acısını yaşayırıq. Yekaterinburqda baş verən faciədə ölkəmizin ləyaqətli oğulları qanunsuz şəkildə həbs olunub, amansız işgəncələrə məruz qalaraq öldürülüblər. Onlara qarşı saxta ittihamlarla qondarma “məhkəmə” qurulub".

Musavat.com xəbər verir ki, bu fikirləri iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi xüsusi əməliyyatda iki qardaşını itirən tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynli səsləndirib.

O bildirib ki, Rusiya tərəfi baş verənləri ört-basdır etməyə çalışır:

“Elə təqdim edirlər ki, guya həyəcan keçiriblər və ürəktutmasından vəfat ediblər. Ancaq məhkəmə-tibbi ekspertiza hər şeyi ortaya qoyacaq. Hadisə ictimailəşəndən dərhal sonra dövlətimiz çevik reaksiya verdi, böyük bir faciənin daha da böyüməsinin qarşısı alındı. Prezident İlham Əliyevə, diaspor nümayəndələrimizə və xalqımıza təşəkkür edirəm. Onlar bu ailəyə dəstək verdilər”.

Mərhum qardaşlarla vida mərasimi Ağcabədidə keçiriləcək və onlar doğulduqları torpaqda dəfn olunacaqlar.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə OMON-un keçirdiyi basqın zamanı tanınmış jurnalistin qardaşları – Səfərovlar öldürülüb, bir neçə nəfər isə saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də rəsmi bəyanat yayaraq hadisəyə kəskin etiraz edib. Həmçinin Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona sərt nota təqdim olunub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 21.50-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Ana Xəbər” buraxılışında izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
47
37
musavat.com

10Mənbələr