"Atletiko" müqaviləsi başa çatan Aksel Vitsellə yolları ayırıb.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi belçikalı yarımmüdafiəçi ilə müqviləni uzatmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 36 yaşlı futbolçu 2022-ci ilin yayından "Atletiko"da çıxış edirdi. Belçika millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində 22 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.