AZ

Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirilib, birgə layihələr müzakirə olunub (FOTO)

Bakı. Trend:

30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xariciişlər nazirinin müavini Bobur Usmanovu qəbul edib.

Trend xəbər verirki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələnplanlar və birgə layihələr, ikitərəfli ali səviyyədə planlaşdırılansəfərlərə hazırlıq, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi,ölkəmizdə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ciZirvə Görüşünə hazırlıq məsələləri müzakirə olunub.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğaəsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasındamövcud yüksək səviyyəli təmaslar, Hökumətlərarası Komissiyanın,siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və ÖzbəkistanRespublikasının Xarici İşlər Nazirlikləri arasında siyasiməsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycantərəfindən nazir müavini Samir Şərifov, Özbəkistan tərəfindən isəxarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
33
50
az.trend.az

10Mənbələr