AZ

Qohum evliliyinə qoyulan qadağa qüvvəyə minir - Məlumatlar necə yoxlanılacaq ?VİDEO

Sabahdan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.

Xezerxeber.az xəbər verir ki, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq. Yoxlama nəticəsində qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq.

Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir..həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər.

O da qeyd olundu ki, nikah üçün sənədlər təqdim edildikdən sonra 1 ay müddətində cavab verilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
xezerxeber.az

1Mənbələr