AZ

Sumqayıtda "Daewoo" yanıb

Sumqayıtda “Daewoo Nexia” markalı minik avtomobili alovlanaraq yanıb.

Operativ Media xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın qısa müddət ərzində söndürülüb, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Avtomobil sahibinin verdiyi məlumata görə, o, nəqliyyat vasitəsini hadisədən təxminən yarım saat əvvəl elektrik ustasının yanına aparıb. Daha sonra isə avtomobildə yanğın baş verib.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
27
5
operativmedia.az

8Mənbələr