AZ

Diskriminasiya və milli ayrı-seçkilik qəbuledilməzdir » AzadMedia.az


Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


Son günlər Rusiya xüsusi xidmət orqanlarının azərbaycanlılara qarşı həyata keçirdikləri cəza tədbirləri orta əsrlərin “səlib yürüşlərini” xatırladır. Uzun müddət ərzində miqrasiya qanunvericiliyinin kəskin şəkildə sərtləşdirilməsindən etnik mənsubiyyətinə görə mülki insanlara qarşı güc strukturları tərəfindən hücumların təşkil edilməsi fundamental insan hüquqları və azadlıqlarının pozulması, həyat və sağlamlığ üçün real təhlükənin yaranmasına gətirib çıxarmışdır. Mənbəyini milli ayrı-seçklik və diskriminasiya meyyləri təşkil edən əməllərin bariz nümunəsini Yekaterinburgda azərbaycanlılara qarşı törədilən cinayətlər əyani formada nümayiş etdirdi.

Miqrantlara qarşı hücumların “cinayətkarlıqla mübarizə” süarı altında həyata keçirilməsi əslində bu əməllərin gerçək niyyətlərini gizlədə bilməz. Rusiyanın rəsmi statistikasına müraciət edəndə məlum olur ki, miqrantların törətdikləri cinayət xarakterli qanun pozuntuları cəmi 2% təşkil edir. Rusiyaya miqrant axını son illərdə artsa da, bu cür şəxslər tərəfindən cinayətlərin törədilməsində artım müşahidə olunmur.

Bununla bağlı, dövlət orqanları səviyyəsində azərbaycanlılara və etnik mənsubiyyətinə görə digər millətlərin nümayəndələrinə qarşı yol verilən qəddar, qeyri-insanı rəftar irqi dözümsüzlük, qatı millətçilikdən başqa bir şey deyil. Acınacaqlı hal ondan ibarətdir ki, həm miqrantların özləri, həm də onların ailə üzvləri, yaxınları təhdid edilir və təzyiqlərə məruz qalırlar. Ancaq heç kəs unutmamalıdır ki, regionda ən güclü söz sahibi olan dövlətimiz soydaşlarımızın müdafiəsi üçün bütün lazımi addımları atacaq və imkan verməyəcək ki, milli mənsubiyyətinə görə azərbaycanlıların hüquqları pozulsun.
Seçilən
32
1
azadmedia.az

2Mənbələr