Bakı.Trend:
Tibb təhsilinin inkişafı tarixi şəxsiyyətlərin diqqət və qayğısıilə formalaşıb.
Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin məzunlarıilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.
Onun sözlərinə görə, əhalinin sağlamlığının qorunmasını ölkəsiyasətində ən mühüm məsələlərdən biri hesab edən ulu öndər HeydərƏliyev səhiyyənin tərəqqisi, maddi-texniki bazasınıngücləndirilməsi üçün zəruri addımlar atıb. Azərbaycan TibbUniversitetinin yeni tədris korpusunun tikilməsi, ilk tədrisklinikasının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır:
“Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanı daAzərbaycan Tibb Universiteti ilə qırılmaz tellər bağlayırdı.Akademik Zərifə xanım Əliyevanın tibbi elminə və təhsilə verdiyitöhfələr isə bu sahənin mənəvi dayaq nöqtəsidir”.