AZ

Azərbaycanlı hücumçu Polşa klubundan ayrıldı - RƏSMİ

Azərbaycanlı futbolçu Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib:

"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik".

Qeyd edək ki, Renat Dadaşov bu ilin fevral ayından "Radomyak"da çıxış edirdi. Azərbaycan milli komandasının üzvü Radom təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 22 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
6
7
sportal.az

9Mənbələr