Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Cənub qapısı yaşayış binasının sakinləri bu ərazidə yerləşən beton zavoddan şikayətçidirlər.
Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, zavoddan ətrafa yayılan səs- küy və toz- duman onları təngə gətirib. Onlar iddia edir ki, toz -dumana görə nə həyətə çıxa bilirlər, nə də pəncərəni aça bilmirlər. Sakinlər aidiyyəti qurumlardan sözügedən məsələylə bağlı tədbir görülməsini istəyirlər.
Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.