Avstraliyada realiti-şou və reklam filmləri ilə tanınan 34 yaşlı aktrisa Tamika Çesser, sevgilisi Culian Storini amansızcasına qətlə yetirməkdə və cəsədini hissələrə ayırmaqda ittiham olunaraq saxlanılıb.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, polis hadisə ilə bağlı Brisben şəhərində yerləşən mənzildən yüksələn tüstü ilə bağlı edilən çağırışdan sonra məlumat əldə edib.
Hadisə yerinə çatan hüquq-mühafizə orqanları, 39 yaşlı Culian Storinin başsız və parçalanmış cəsədini aşkar edib. Polis əməkdaşları Çesseri mənzilin arxa həyətində stulda oturmuş vəziyyətdə, heç bir reaksiya vermədən tapıblar. O, saxlanılarkən polisə müqavimət göstərməyib, lakin sevgilisinin itkin düşmüş başı barədə məlumat verməkdən imtina edib.
Hadisə ilə bağlı şahidlərdən biri polisə bildirib ki, mənzildən çıxan tüstünü görüb və Tamika Çesserə yaxınlaşaraq nə etdiyini soruşub. Çesser isə sadəcə “heç nə” cavabını verərək itlərini gəzdirdiyini və ön qapını kilidlədiyini deyib. Hazırda psixi sağlamlıq mərkəzində nəzarət altında saxlanılan Çesser, 27 iyun tarixində videobağlantı ilə məhkəməyə çıxarılıb.
Onun girovla azadlığa buraxılması tələbi rədd edilib. Məhkəmə prosesi dekabr ayına təxirə salınıb.
10Mənbələr
-
demokrat.azFransada deputat özünü öldürdü ( 19046479)
-
demokrat.azDeputat: “Rusiya Qafqazda öz nüfuzunu itirib” ( 18911953)
-
demokrat.azBilgəh çimərliyində boynu sınan gənc öldü ( 18888574)
-
yeniavaz.comGürcüstanda 12 müxalif deputatın mandatı əlindən alındı ( 18859126)
-
yeniavaz.comGürcüstanda 12 müxalif deputatın mandatı əlindən alındı ( 18859120)
-
yeniavaz.comGürcüstanda 12 deputatın mandatı əlindən alındı ( 18859078)
-
yeniavaz.comGürcüstanda 12 deputatın mandatı əlindən alındı ( 18859075)
-
demokrat.azTraktor gölə düşdü: sürücü boğulub öldü ( 18838288)
-
demokrat.azQaxda gölə düşən traktorun sürücüsü boğularaq ölüb ( 18834463)
-
demokrat.azMəşhur aktrisa sevgilisini öldürdü — FOTO ( 18777643)