Rusiya Avropa İttifaqının Rusiya nəşrləri və informasiya kanallarına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq, öz ərazisində 15 Avropa media orqanının internet resurslarına girişi məhdudlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Avropa İttifaqının Rusiyanın səkkiz nəşrinə və informasiya kanalına qarşı son məhdudiyyətlərinə cavab olaraq, Rusiya sanksiya paketini təsdiqləyib.
Aİ-nin 15 media orqanının internet resurslarına Rusiya ərazisindən çıxışa əks məhdudiyyətlər tətbiq edilib.