AZ

Türkiyədə meşə yanğınları ilə əlaqədar kütləvi təxliyə işləri aparılır

Bakı. Trend:

Türkiyənin İzmir, Bilecik və Hatay vilayətlərində baş verən meşəyanğınları ilə əlaqədar 50 mindən artıq insan müvəqqəti olaraqtəhlükəsiz bölgələrə təxliyə olunub.

Trend xəbər verirki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmisosial şəbəkə səhifəsində məlumat bölüşüb.

Məlumata əsasən, Bilecikdə 64 yaşayış evi, 3 ticarət obyekti və20 tövlə; İzmir şəhərində isə 132 yaşayış evi və 1 ticarətobyektinə ziyan dəyib.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD)tərəfindən ilk mərhələdə Bilecik vilayətinə 30 milyon TL, İzmirvilayətinə isə 30 milyon TL olmaqla ümumilikdə 60 milyon TLhəcmində humanitar yardım göndərilib.

“Yanğından zərər çəkmiş vətəndaşlarımıza keçmiş olsun.Dövlətimiz bütün qurumları ilə yanğından zərər çəkmişvətəndaşlarımızın yanındadır", - deyə Əli Yerlikaya yazıb

Seçilən
14
az.trend.az

1Mənbələr