AZ

Gəncə-Daşkəsən bölgəsində bu qədər bağça var

Son illərdə ölkədə məktəbəqədər təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu sahənin prioritet istiqamətlərdən biri kimi müəyyən edilməsi nəticəsində bölgələrdə yeni uşaq bağçalarının inşası və mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə regionlarda aparılan sistemli tədbirlər nəticəsində məktəbəqədər təhsil müəssisələrinin sayı ildən-ilə artır.

Bəs, görəsən, Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin tabeliyində neçə bağça fəaliyyət göstərir?

Mövzu ilə bağlı AzEdu.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarədən bildirilib ki, hazırda bölgədə ümumilikdə 124 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:

“Belə ki, Gəncə rayonu üzrə 42 ,Goranboyda 33, Samuxda 19, Göygöldə 18, Daşkəsəndə 11, Naftalanda üzrə isə 1 bağça fəaliyyət göstərir deyə”,- qeyd olunub.

Seçilən
8
azedu.az

1Mənbələr