
Gender.az xəbər verir ki, bu barədə Tatyana Moskalkova bu barədə özünün "Telegram" kanalında məlumat verib.
O bildirib ki, Səbinə Əliyeva ona müraciət edərək 27 iyun tarixində baş vermiş hadisə - Rusiya ərazisində azərbaycanlı icma üzvlərinin saxlanılması, həyatlarını itirməsi və bədən xəsarətləri alması ilə bağlı vəziyyətin aydınlaşdırılmasını istəyib.
Rusiya Ombudsmanı həmçinin qeyd edib ki, məsələ ilə bağlı daim Sverdlovsk vilayətinin İnsan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakova ilə əlaqə saxlayır.
Merzlyakova öz növbəsində vəkillər və Yekaterinburqdakı Azərbaycan diasporunun nümayəndələri ilə yaxından əməkdaşlıq edir.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX)
Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist
Seyfəddin Hüseynlinin qardaşları olduğu bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də yaydığı bəyanatda bu qəbuledilməz zorakılıq aktının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Daha sonra Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılaraq, baş verən hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.
Qeyd edək ki, dünən Yekaterinburqda saxlanılan altı nəfərlə bağlı məhkəmə keçirilib.
Onlardan üçü 22 günlük həbs cəzası alıb, qalan üç nəfər isə 3 gün müddətinə inzibati həbs edilib.
Saxlanılanların heç biri özünü təqsirli bilməyib.