"Qarabağ" 12 iyun tarixində yollarını ayırdığı Yassin Benziya ilə əlaqə saxlayıb.
Sportal.az saytına verilən məlumata görə, Əlcəzair millisinin üzvü yeni klubuna keçə bilmədiyi üçün Ağdam təmsilçisinə geri dönməyi düşünür. 30 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionunun təklifini düşünmək üçün vaxt istəyib.
Benziyanın Azərbaycana qayıtmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayında "Qarabağ"a keçmişdi. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi