AZ

Yüzlərlə məktəbdə yüksək risk qrupuna aid 1700-dən artıq uşaq aşkarlanıb


"2023-2025-ci illərdə sosial işçilər tərəfindən ümumilikdə 945 ümumtəhsil müəssisəsinə səfər təşkil olunub.

İlkin qiymətləndirmə nəticəsində 1752 uşağın daha yüksək risk qrupunda olduğu müəyyənləşdirilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib".

Gender.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, bu istiqamətdə bir sıra sosial müdafiə tədbirləri həyata keçirilib:

"300-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub, 60-dan çox uşaq agentliyin psixoloqları tərəfindən psixoloji dəstək alaraq müsbət nəticə əldə olunub, 50-dən çox ailə nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq qurumlara yönləndirilərək sosial problemlərinin həllinə dəstək olunub".

"Bu dövrdə Bakı və regionlarda yerləşən 90-dən çox ümumtəhsil müəssisəsində müxtəlif mövzularda (uşaq hüquqları, ailə dəyərləri, erkən nikah, məişət zorakılığı, zərərli vərdişlər, psixi sağlamlığın qorunması və s.) maarifləndirici görüşlər təşkil olunub", - deyə V.Behbudov bildirib. //Oxu.az
Seçilən
1
gender.az

1Mənbələr