AZ

"Beşiktaş" Artur Masuakuyla yollarını ayırdı

Türkiyənin "Beşiktaş" klubu konqolu futbolçu Artur Masuaku ilə yollarını ayırıb.


Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilib ki, 2022/23 mövsümündə əsas komandaya qoşulan Masuaku, ötən mövsüm qazanılan Türkiyə Kuboku və daha sonra əldə edilən Superkubokda pay sahibi olub.

“Artur Masuakunun xidmətlərinə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”, – klubun açıqlamasında deyilir.

Seçilən
23
manset.az

1Mənbələr