AZ

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb - RƏSMİ

Bakı, 30 iyun, AZƏRTAC

Türkiyə Futbol Federasiyası (TFF) A milli komandanın baş məşqçisi Vinçentso Montella ilə müqavilənin müddətini uzadıb.

AZƏRTAC TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəxssis üçün imza mərasimi təşkil olunub. Yeni anlaşmaya əsasən, 51 yaşlı çalışdırıcı 2028-ci ilin iyul ayınadək “ay-ulduzlular”ın sükanı arxasında olacaq.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə başçılıq edən Vinçentso Montellanın əvvəlki müqaviləsinin müddəti gələn ilin yayında başa çatmalı idi.

Seçilən
8
1
azertag.az

2Mənbələr