
“Biz Ermənistan və Azərbaycan məsələsi ilə bağlı hər zaman iki ölkə arasında sülh prosesini dəstəkləmişik”.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai növbəti mətbuat konfransında bildirib.
O, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin İran üçün vacib olduğunu qeyd edib.