AZ

İSPANİYADA KƏSKİN İSTİLƏR MÜŞAHİDƏ OLUNUR » AzadMedia.az

İSPANİYADA

İspaniya isti hava dalğasnın təsiri altına düşüb.
Paytaxt Madriddə temperatur 39 dərəcəyə yüksəlib.
Meteoroloqlar bəzi cənub regionlarında temperaturun mövsümi normadan artıq olduğunu bildiriblər.

Vəziyyətlə əlaqədar əhaliyə xəbərdarlıq edilib, müəyyən tövsiyələr verilib.
Bildirilib ki, insanlar günorta vaxtı açıq havada fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinməlidirlər.
Əhalinin mümkün qədər çox maye tükətməsi tövsiyə olunub.

Turistlər isti dalğası ilə mübarizə aparmaq üçün müxtəlif vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, iqlimşünaslar kəskin temperatur və ənənəvi olmayan hava şəraitinin iqlim dəyişikliyi ilə bağlı olduğunu bildirir, bunun qarşısını almaq üçün emissiyanı azaltmağı vacib hesab edirlər.
Kəskin istilər dünyanın müəyyən regionlarında meşə yanğınlarına, buzlaqların əriməsi və daşqınlara səbəb olur.

Seçilən
2
1
azadmedia.az

2Mənbələr