Amerika Birləşmiş Ştatları nüvə proqramına dair İranla diplomatiyanı bərpa etmək istəyirsə, İrana növbəti dəfə aviazərbə endirməməlidir.
Bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançı deyib.
O Birləşmiş Ştatların bu həftə İranla nüvə proqramına dair danışıqlar masasına qayıtmaq istədiyini bildirib.
Rəvançı nüvə proqramının sülh məqsədli olduğunu bir daha dilə gətirib.
O qeyd edib ki, daha əvvəl nüvə tədqiqatı üçün İranın nüvə materialları əldə etməsinə imkan verməyiblər.
Buna görə ölkə öz resurslarına arxalanmaq məcburiyyətində qalıb.
“Uranın zənginləşdirilməsi səviyyəsi müzakirə oluna bilər. Lakin İranın bu işi görməsi tamamilə qadağan olunması, İran bu işi görərsə, onun bombalanacağı ilə təhdid edilməsi cəngəllik qanunudur” – deyə Rəvançı vurğulayıb.
Tramp 2 gün əvvəl bəyan edib ki, kəşfiyyat İranda uranın narahatlığa səbəb olacaq həddə zənginləşdirildiyini müəyyən edərsə, bu ölkəni bombalamağı nəzərdən keçirəcək.
Tramp sonuncu aviazərbələr nəticəsində İranın nüvə təsisatlarının tamamilə dağıdıldığını desə də, Beynəlxalq Atom Enerjisi Agentliyi dağıntının məhdud səviyyədə olduğunu məlumat verib.
Eyni zamanda, İranın ali dini rəhbərliyi də Birləşmiş Ştatların əməliyyatlarını uğursuz adlandırıb.
Qeyd edək ki, İranın dünya gücləri ilə 2015-ci ildə əldə etdiyi razılaşmaya əsasən, İranın uranı 3.67 faizə qədər zənginləşdirməsinə icazə verirdi. Ekspertlər bu həddə zənginləşmiş uranın ticarət məqsədli istifadə edilməsi üçün kifayət etdiyini bildirirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta