AZ

Serbiyada etirazçılar paytaxtın bir neçə küçəsini bağlayıblar


Serbiyada hökumət əleyhinə etirazçılar paytaxt Belqradda bir neçə küçəni bağlayıb, barrikadalar qurublar.
Yeniavaz.com
xəbər verir ki, etiraz aksiyası “Blokada” tələbə etiraz qrupunun təşəbbüsü ilə keçirilib.
Yerli medianın yaydığı kadrlarda küçələrin zibil qutuları və dəmir hasarlarla bağlandığı, çadırların qurulduğu görünür. Oxşar etirazlar Serbiyanın digər şəhərlərində də keçirilir. Serbiya mediası polisin yolları açmağa çalışdığını bildirir.
Küçə blokadaları iyunun 29-dan 30-na keçən gecə, hakimiyyət etirazçıların iyunun 28-də keçirilən çoxminlik nümayiş zamanı saxlanılanların azad edilməsi tələblərini yerinə yetirməməsindən sonra başlayıb.
Xatırladaq ki, iyunun 28-də tələbə hərəkatı Belqradda minlərlə insanı bir araya gətirərək Serbiya hökumətinin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə nümayiş keçirməyə başladı. Yürüş dinc şəraitdə keçsə də, daha sonra nümayişçilərdən bəziləri polislə toqquşub. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi vasitələrdən istifadə edərək 77 nəfəri həbs ediblər. Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 70 vətəndaş, o cümlədən 48 polis əməkdaşı yaralanıb.
Seçilən
2
1
yeniavaz.com

2Mənbələr