Park Cinema Hollivudun tamamilə smartfona çəkilmiş ilk filmi olan “28 il sonra” filminin premyerasına özəl “Yaradıcı” və “Infinix Azerbaijan”ın təşkilatı dəstəyi ilə “1 dəqiqəlik film” adlı xüsusi müsabiqənin startını elan edib. İştirak etmək üçün bahalı kameraya və ya xüsusi avadanlığa ehtiyac yoxdur — sadəcə yaradıcı ideya və bir smartfon kifayətdir. Qalib Infinix Note 50 Pro smartfonu qazanacaq.
Müsabiqə Instagram sosial şəbəkəsi üzrə keçiriləcək.
1. İştirakçılar 1 dəqiqədən uzun olmayan video çəkib öz profillərində paylaşmalıdırlar.
2. Paylaşım zamanı @parkcinema, @yaradicimerkez və @infinixazerbaijan səhifələri tag edilməlidir.
Qeyd:
1. Film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır;
2. Filmdə dini və ya milli ayrı-seçkilik, zorakılığı təşviq edən məzmun olmamalıdır;
3. Film siyasi təbliğat xarakteri daşımamalıdır;
4. Filmdə etik normalara zidd və ya vulqar ifadələrdən istifadə edilməməlidir;
5. Müəllif hüquqlarını pozan materiallardan istifadə edilməməlidir (musiqi, video)
Müsabiqədə 16 yaş və üzəri hər kəs iştirak edə bilər. Ən çox like və şərh toplamış iştirakçı qalib olacaq. Qalib 28 iyulda açıqlanacaq.
ƏTRAFLI:
https://www.instagram.com/p/DLDalXzsmZs/?igsh=MWc0MmhyNXp6eDkzbw==