Bu ilin yanvar-may ayları ərzində 64 uşaq müəssisələrdən ailələrinə qaytarılıb.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 5 il ərzində 359-u oğlan, 318-i qız olmaqla 677 uşaq müəssisələrə yerləşdirilib:
"Bu il 100, 2022-ci ilin 1 noyabr tarixindən bu günədək isə 658 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb. Ümumilikdə son beş ildə 728 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin olunub".
MƏLUMAT YENİLƏNİR