BAKI, 30 iyun. TELEQRAF
Agentlik həmçinin uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də davamlı işlər həyata keçirir.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinin 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, qeytkipinq üzrə 3127 uşaqla bağlı 2147 müraciət daxil olub.
"Onlardan 1820 uşaqla bağlı müraciət müəssisəyə yerləşdirilmə, 904 uşaqla bağlı müraciət isə müəssisədən çıxarılma ilə bağlı olub", - o əlavə edib