Beynəlxalq Hesablaşmalar Bankı (BHB) qlobal iqtisadiyyatın dönüş nöqtəsinə çatdığını və artan ticarət gərginliklərinin dünya maliyyə sisteminə ciddi təsir göstərəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
BHB-in rəhbəri Agustin Carstens bildirib ki, hazırkı vəziyyət əsasən ABŞ-ın başladığı ticarət müharibəsinin nəticəsidir və bu münaqişələr mövcud iqtisadi düzəni sarsıdır.
“Qlobal iqtisadiyyat dönüş nöqtəsindədir. Hazırda qeyri-müəyyənlik və gözlənilməzlik dövrünə qədəm qoyuruq. Bu isə insanların qurumlara, xüsusilə mərkəzi banklara olan inamını sarsıdır", – deyə Carstens bildirib.
BHB, xüsusilə, əhalinin yaşlanması, iqlim dəyişikliyi, geosiyasi gərginliklər və təchizat zəncirindəki çətinliklər fonunda dünyada artan proteksionizm və ticarət parçalanmasından narahatdır.
Nigar İlyasqızı