AZ

Vüqar Behbudov: Ötən 5 ildə 550 mindən çox imtiyazlı şəxsə müxtəlif sosial xidmətlər göstərilib

Bakı, 30 iyun, AZƏRTAC

Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) ötən 5 il ərzində 550 mindən çox imtiyazlı şəxsə müxtəlif sosial xidmətlər göstərib.

AZƏRTAC xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov SXA-nın 5 illiyinə həsr olunan mətbuat konfransında bildirib.

O qeyd edib ki, bugünə qədər 16 minədək imtiyazlı şəxsə mənzil verilib. Postmüharibə dövründə 567 müharibə əlili avtomobillərlə təmin edilib. Ümumilikdə isə ötən dövrdə 7 min 800 imtiyazlı şəxs avtomobillə təmin olunub.

Seçilən
34
3
azertag.az

4Mənbələr