BAKI, 30 iyun. TELEQRAF
İlin sonunadək 5 sosial Xidmət müəssisənin açılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov rəhbərlik etidyi qurumun5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, növbəti illərdə ahıllar üçün dəstək layihələrinin artırılması nəzərdə tutulub.
"Əlilliyi olan şəxslərin idmana cəlb edilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərə xidmətlərin göstərilməsi genişləndiriləcək", - o əlavə edib.