BAKI, 30 iyun. TELEQRAF
Sosial Xidmət Müəssisələrində 5 il ərzində 1353 nəfər qeydiyyata alınıb.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov rəhbərlik etdiyi qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
Sədr bildirib ki, onlardan 963 nəfərə xidmət göstərilib.
"1203 nəfər sosial məsləhət yardımı ilə təmin edilib. 260 nəfər uşaq isə aktiv xidmətlərlə təmin olunub", - o əlavə edib.