Bakı. Trend:
Hazırda 444 nəfər uşaq evlərində yaşayır.
Trend xəbərverir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədriVüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuatkonfransında deyib.
O bildirib ki, 1077 şəxsə nazirliyin tabeliyinə verildikdənsonra xidmət göstərilib .
"Onlardan 13 nəfəri 11-ci sinifi bitirib. Qəbul imtahanlarındaiştirak edib ali və peşə təhsili üzrə yönəliblər"- deyə o əlavəedib.