Bakı. Trend:
Hindistanın Telanqana ştatında yerləşən kimya zavodunda yanğınlamüşayiət olunan partlayış baş verib.
Trend bu barədəölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Paşamilaram şəhərində “Sigachi Industries”şirkətinə aid müəssisədə baş verib. Əraziyə çoxlu sayda xilasedicivə yanğınsöndürmə texnikası göndərilib.
Qeyd edilir ki, hadisə nəticəsində azı 10 fəhlə həlak olub, 20nəfər yaralanıb. Dağıntılar arasında itkin düşmüş şəxslərinaxtarışı aparılır.