AZ

Ötən gün Ağdamda minaya düşən polisin son vəziyyəti açıqlanıb - Yenilənib

Ötən gün Ağdamda minaya düşən polisin son vəziyyəti açıqlanıb...

Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, 1988-ci il təvəllüdlü Ağdam Rayon Polis Şöbəsinin əməkdaşına sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

***

İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

Poliqon-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
164
36
poliqon.info

10Mənbələr