AZ

Agentlik rəhbəri: Son 5 ildə 550 mindən çox müxtəlif sosial xidmətlər göstərilib

Son 5 ildə 550 mindən çox müxtəlif sosial xidmətlər göstərilib.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün işlər aparılır.

O qeyd edib ki, bu günədək sosial xidmətlərə ehtiyacı olan vətəndaşlara 16 000-dək mənzil verilib.

"Postmüharibə dövründə 576 müharibə əlilinə avtomobil verilib, 7800 imtiyazlı şəxs avtomobillə təmin olunub

MƏLUMAT YENİLƏNİR

Seçilən
37
report.az

1Mənbələr