Bakı. Trend:
5 il ərzində 550 mindən çox şəxsə sosial xidmət göstərilib.
Trend xəbərverir ki, bunu bu gün Sosial Xidmətlər Agentliyinin İdarə Heyətininsədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuatkonfransında deyib.
O bildirib ki, bu günə kimi 16000-dək mənzil təminatıaparılıb.
"Postmüharibə dövründə 6800 nəfər mənzillə təmin edilib. 2025-ciildə 1000 nəfər mənzillə təmin ediləcək"- deyə o əlavə edib.