
ABŞ Prezidenti Donald Tramp “TikTok” platforması üçün alıcının olduğunu açıqlayıb.
Yeniavaz.comxəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
Tramp bunun “çox varlı insanlar qrupu” olduğunu qeyd edib.
Ancaq ABŞ lideri onların kimliyini dəqiqləşdirməyib. Tramp təxminən iki həftə ərzində alıcıların adını çəkməyə hazır olacağını bildirib.
Digər tərəfdən, Tramp Çin lideri Si Cinpinlə bu məsələdə razılaşacağını da istisna etməyib.
Qeyd edək ki, iyunun 19-da Tramp ABŞ-də “TikTok” platformasının qadağan edilməsinin sentyabrın 17-dək daha 90 gün təxirə salıb. Belə ki, Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ABŞ-nin qadağasını ən azı 75 gün gecikdirən sərəncam imzalayıb. Bundan sonra o, üç dəfə (ən son iyunun 19-da) daha 90 gün “TikTok”un qadağasını təxirə salmaq barədə sərəncam verib.