AZ

Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək

Bakı.Trend:

İyulun 4-də Baş prokuror Yardımlıda vətəndaşları qəbuledəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğunolaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 4-də, saat10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasındaYardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunukeçirəcək.

Bu barədə Trend-ə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı vəYardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorlarıtərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər)prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, BaşProkurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin(012) 361-14-07 nömrəli telefonu, [email protected]elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəkisəhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazılabilərlər.

Seçilən
49
20
az.trend.az

10Mənbələr