AZ

Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir » AzadMedia.az


Ukrayna Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.

"Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara hücumu sadəcə bir insident deyil, cəzasızlıq və insan həyatına nifrətlə qidalanan sistemli zorakılığın təzahürüdür. İllərdir beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçı müharibə başladan, öz vətəndaşlarını siyasi əqidələrinə görə təqib edən Rusiya repressiv aparatını digər dövlətlərin vətəndaşlarına da qarşı yönəldir", - səfir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya güc strukturları tərəfindən törədilmiş bu qanunsuz zorakılıq aktı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) və ictimaiyyətinin haqlı reaksiyasına səbəb olub.
Seçilən
8
2
azadmedia.az

3Mənbələr