
“ABŞ Rusiyanın ticarət tərəfdaşı olan və Ukraynaya dəstək verməyən ölkələrə 500% rüsum tətbiq edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem (respublikaçı, Cənubi Karolina ştatı) ABC telekanalına müsahibəsində bildirib.
“Rusiyadan mal alsanız və Ukraynaya kömək etməsəniz, ABŞ-yə göndərdiyiniz mallarınıza 500% tarif tətbiq ediləcək. Hindistan və Çin 70% Rusiya neftini alır. Bu, Prezident Donald Trampa Çin, Hindistan və digər ölkələrə tariflər tətbiq etməyə imkan verəcək”, - senator qeyd edib.