AZ

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İş adamı və milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini borc köləliyinə aparan yol adlandırıb.

Oxu.Az xəbər verir ki, Mask bunu "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, təşəbbüs borc tavanını beş trilyon dollar artırır ki, bu da tarixdə ən böyük artımdır.

Maksın fikrincə, qanun layihəsi həm də Amerikada milyonlarla iş yerini məhv edəcək və Birləşmiş Ştatlara böyük strateji ziyan vuracaq.

Qeyd edək ki, Trampın "vahid, böyük, gözəl qanun layihəsi" adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
39
oxu.az

10Mənbələr