AZ

Türkiyəli nazir: İyunun 1 dən bu gündək 1 459 yanğına müdaxilə edilib

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə iyunun 1-dən bu gündək 1 459 yanğına müdaxilə edilib.

Bu barədə yanğınlarla bağlı İzmirə gələn ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Nazirin sözlərinə görə, İzmir, Aydın, Dənizli və Manisada 9 böyük meşə yanğını baş verib.

O, qeyd edib ki, İzmirdə yanğınla əlaqədar 4 kənd və 2 məhəllə boşaldılıb: “Yanğınsöndürənlər gecənin qismən sakitliyindən istifadə edərək səhərə qədər yanğınlara müdaxiləni davam etdirəcək. Lazım gəlsə, yaşayış məntəqələrindən evakuasiya edilməli olan yerləri də boşaldacağıq.

Hadisə zamanı 3 vətəndaş tüstüdən zərər çəkib, onların həyatı üçün təhlükə yoxdur”.

Nazirin sözlərinə görə, meşə yanğınlarının baş verməsinə səbəb olmaq ağır cinayətdir:

"Həbs cəzaları var. Bir daha çağırış edirik ki, açıq yerlərdə tonqal qalamayın. Yaşıl vətəni təkcə bir nəfər yox, bütün vətəndaşlar qorumalıdır. İqlim dəyişikliyi məsələsi artıq sadə mövzu deyil, o, öz təsir sahələrini üç dəfə artırır”.

​​​​​​"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
44
cebheinfo.az

10Mənbələr