AZ

İndi Premyer Liqa klublarının “radar”ındadır - KƏRİM

“Arsenal” Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyemi ilə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi almaniyalı futbolçunun oyun keyfiyyətlərini – xüsusən də, sürətini, fədakarlığını və komanda yoldaşlarına şans yaratmaq bacarığını yüksək qiymətləndirir.

Adeyemi ilə “Mançester Yunayted” də maraqlanır və onunla hücum xəttini mümkün qədər gücləndirmək istəyir.

25 yaşlı forvard 2024/25 mövsümündə “Borussiya”nın heyətində bütün yarışlarda 39 oyun keçirib, 12 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Dortmund klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Seçilən
37
50
sportinfo.az

10Mənbələr