AZ

Krit adası: Burada qan düşmənləri qardaşa çevrilir, hamilə qadınlar müqəddəs sayılır

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Oralarda necədir" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Aralıq dənizinin ortasında yerləşən, qədim tarixi sevən turistlərin həyəcanla səfər etdiyi Krit adasından bəhs olunub.

Qədim miflər və tarixlə nəfəs alan bu torpaqda insanlar hələ də keçmişin izlərini gündəlik həyatlarında yaşadırlar. Burada hamilə qadınlara xüsusi münasibət göstərilir.

Bazarda onlara meyvə bağışlayır, yad insanlar qarnını sığallayır və bu jesti müqəddəslik əlaməti sayırlar. Kritdə müəllim və həkim olmaq həm şərəf, həm də öhdəlikdir.

Təhsilini dövlət hesabına alanlar mütləq kəndlərdə çalışmalıdırlar. Adada bir çoban var ki, onun hazırladığı pendir ABŞ prezidentinin süfrəsinə qədər gedib çıxır.

Ancaq Krit təkcə sakit kənd həyatı ilə deyil, həm də nəsildən-nəslə ötürülən qan davası ilə tanınır. İllərlə barışmayan ailələr bəzən gözlənilmədən qardaşlaşırlar.

Bu ada öz qədimliyi, dəyərləri və ziddiyyətləri ilə elə bir yerdir ki, burada keçmişlə bu gün bir arada yaşayır.

Ətraflı Baku TV-nin süjetində:

Krit adası: Burada qan düşmənləri qardaşa çevrilir, hamilə qadınlar müqəddəs sayılır

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
43
oxu.az

10Mənbələr