AZ

Şamaxıda bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin birinci mərhələsi çərçivəsində ilk tədbirini keçirib. Tədbir 24 iyun 2025-ci il tarixində Şamaxı rayonunda yerləşən Şamaxı Yaradıcılıq Mərkəzində baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə əsasən rayon və kənd bələdiyyələrinin nümayəndələri, eləcə də icra strukturlarından olan şəxslər daxil olmaqla 20 nəfər iştirak edib.

İştirakçılara Donor və layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericilik və real icra mexanizmləri, bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı məsələləri diqqət mərkəzində olacaq. İkinci məsələ kimi isə bələdiyyələrin maliyyə dayanıqlığının artırılmasına həsr olunacaq. Bu kontekstdə 2024-cü ildə Milli Məclisdə birinci oxunuşdan keçmiş və bələdiyyələrin qrant alma imkanlarını nəzərdə tutan “Qrantlar haqqında” qanun layihəsindəki dəyişikliklərə istinad olunub.

Tədbirdə iştirakçılarla geniş müzakirələr aparılıb. Xüsusilə, bələdiyyələrin əhali və sahibkarlarla əlaqələrinin inkişafı mövzusu maraqla qarşılanıb. İştirakçılar bələdiyyələrin fəaliyyətində qarşılaşdıqları əsas problemlər kimi bəzi köhnə bələdiyyələrin sənədləri yeni tərkibə təhvil verməməsi və əhalinin vergi öhdəliklərini yerinə yetirməməsini qeyd ediblər.

İştirakçılara "Sosial xidmət haqqında" qanun və Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərmanla bağlı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qeydiyyat və  müraciət formaları haqqında və layihə təkliflərinin  və  hesabatların hazırlanması haqda bilgilər verildi.

Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölünərək seçdikləri ideyalar əsasında layihə təklifi hazırlayıb təqdim ediblər. Onlara ev tapşırığı olaraq ikinci mərhələdə təqdim etmək üçün bir layihə ideyasını layihələşdirmək və ona uyğun büdcə hazırlamaq tapşırılıb. 

Tədbir çay və şirniyyat süfrəsi ilə yekunlaşıb.

Seçilən
16
50
qht.az

10Mənbələr